Xəzər Xəbər

Aptekdə vitrin şüşələrinin üstünə yıxılan kişi öldü - VİDEO

Veb TV | 11:58 • 27 İyul 2017
Aptekdə vitrin şüşələrinin üstünə yıxılan kişi öldü -

Lənkəran şəhərində aptekdə üzərinə şüşə düşərək ölən şəxsin kimliyi məlum olub.

Bu, rayonun Şovu kənd sakini Habil Sabir oğlu Zahidovdur.

Belə ki, o aptekə dərman almaq üçüngəlib. Lakin lay şüşədən olan və üzərində heç bir işarəsi olmayan qapıya yaxınlaşıb, qapının açıq olduğunu zənn edərək içəri girmək istəyib. Bu zaman qapıda olan lay şüşə qırılıb və onun üstünə tökülüb. Nəticədə şüşəH.Zahidovun şah damarını kəsib və bədəninin müxtəlif nayihələrinə xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdlırılan yaralı orada ölüb.


***11:09

Lənkəranda ölüm hadisəsi baş verib.

Hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında kişi aptekə gəlib və burada qəfildən vitrin şüşələrinin üstünə yıxılıb. Bu zaman o, çoxsaylı kəsik xəsarətləri alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölənin şəxsiyyəti müəyyənləşdirilir, fakt üzrə araşdırmalar davam etdirilir. (Report)


Xəbər lenti

Çox oxunanlar