Xəzər Xəbər

Cərimənizi ödəyin! Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO

Veb TV | 20:52 • 26 İyul 2017
Cərimənizi ödəyin!

Qaydaları pozan elə sürücülər var ki, onlar cəriməni ödəməkdən boyun qaçırırlar. Yol polisi belə sürücülərə qarşı genişmiqyaslı reydlərə start verib. Yol polisi sürücüləri cərimələri ödəməyə səsləyib. Əks halda belə şəxslərin sürücülük hüquqları məhdudlaşdırılacaq.

Yol polisi müxtəlif qayda pozuntularına görə yaranan cərimələri ödəməyən sürücülərə qarşı kütləvi redylərə başlayıb

Səbail rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlərdə xeyli sürücü saxlanılıb.

Sürücülər cərimələri ödəmədiklərini müxtəlif səbəblərlə əlaqələndiriblər

Cərimələri ödəməyən sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Səbail Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Cəmşid Hənifəyev bildirib ki, iki gün ərzində rayonda təşkil edilən reydlər nəticəsində 10 min manatdan artıq cərimənin ödənilməsi təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki,məsuliyyətsiz sürücülərə qarşı kütləvi reydlər davam etdiriləcək...

Bölmə rəisi sürücüləri cərimələri ödəməyə çağırıb. Əks halda onların sürücülük hüquqlarının məhdudlaşdırılması haqqında vəsatət qaldırılacaq...

Ona görə də sürücülük hüququnu itirmək istəməyən sürücülər cərimələrini nə qədər tez ödəsələr yaxşıdır.


Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024