Ağstafada canavar 49 yaşlı qadına hücum edərək ona xəsarətlər yetirib. Hadisə rayonun Xəlfəli kəndinə baş verib.
Kənd sakini Aidə Aliyeva həyətdə olarkən canavar qoyunları parçalamaq istəyərkən onu qovmağa çalışıb. Bu zaman yırtıcı, qadına hücum edərək onun bədən və baş nahiyələrinə xəsarətlər yetirib.
Aidə Aliyeva dərhal xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Son bir ayda ikinci hadisədir ki, canavarlar kəndə hücum edir. Bir neçə gün əvvəl yırtıcılar kənd sakini Camal Vəliyevin həyətinə hücum edərək, 15 baş qoyununu öldürüb, bir o qədərini isə yaralayıb.