Xəzər Xəbər

Nazirlik Kürdəxanı bələdiyyəsinə vaxt qoydu: Qanunsuz zibilxana aşkarlandı - VİDEO

Veb TV | 20:54 • 26 İyul 2017
Nazirlik Kürdəxanı bələdiyyəsinə vaxt qoydu:

Paytaxın Kürdəxanı qəsəbəsində qanunsuz zibilxana yaradılıb. Hər gün qəsəbədən toplanan zibillər həmin əraziyə tökülür. Bu isə ərazidə antisanitar vəziyyət yaratmaqla bərabər üfunətin yayılmasına da səbəb olur.

Bakıda qanunsuz zibilxana yaradılıb. Söhbət Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi "Bağlar massivi" adlanan ərazidən gedir.

Əraziyə gündəlik məişət tullantıları atılır. Tullantılardan gələn üfunət isə ətrafı bürüyür.

Hazırda ərazidə tullantıların yandırılmasına başlanılıb. Yaşayış evləri əraziyə çox yaxın olmasa da, ətrafa yayılan tüstü və pis qoxu sakinləri narahat edir. Artıq sakinlər bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Nazirlik əməkdaşları əraziyə baxış keçirib və fakt yerində araşdırılıb.

Faktla bağlı akt tərtib olunub, ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi barədə Kürdəxanı bələdiyyəsinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib. Eyni zamanda, məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə dü məktubla müraciət olunub.

Sabunçu rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən bildirildi ki, ərazinin təmizlənməsi üçün artıq işlərə başlanılıb.

Nazirliyin və icra hakimiyyətinin müdaxiləsindən sonra ümid etmək olar ki, ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.


Xəbər lenti

Çox oxunanlar