Yevlax- Bəhrəmtəpə yolunun yenidən qurulması ağacların məhvinə səbəb olur. Yol boyu ağaclar kəsilir və yaxutda kökündən ağır texnikalar vasitəsi ilə çıxarılır. Yol tikintisini həyata keçirən şirkətdən isə ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi əsasında kəsildiyi bildirilir.
Yaş quru fərq qoyulmadan agaclar ya kökündən çıxardılır ya da kəsilir..
Yolda tikinti işlərinin aparılması ağacların məhv olmasına səbəb olur.
Bura Yevlax -Bəhrəmtəpə yolunun bərdə rayonundan keçən hissəsidir.Bu yol Yevlax, Bərdə , Ağcabədi ,Beyləqan və İmişli rayonlarının ərazisini əhatə edir.150 km-dən cox məsafəni əhatə edən yolun kənarları yaşıllıq zolaqlarıdır..
Yol boyu ağaclar kəsilir və yaxutda kökündən ağır texnikalar vasitəsi ilə cıxardılır. Ağacların məhv olmasından sakinlər də narazıdır.
Məsələ ilə bağlı tikinti işlərini həyata kecirən şirkətdən bildirdilərdi ki, ağacların kəsilməsi ilə bağlı Ekalogiya və tbi sərvətlər nazirlyindən icazə alınıb.Nazirlyin verilən rəyi əsasında yol boyu yerləşən iri gövdəli ağaclar kəsilir.Xırda ağaclar isə köcürmə yolu ilə digər ərazilərdə əkilir.
Ekalogiya və Təbii Sərvətlər Nazirlyi Ağdam rayon regional şöbəsindən isə bildirildi ki,yol tikintisi ilə baglı nazirliyin ekspetiziyasının rəyinə əsasən köçürülməsi mümkün olan agaclar yerindən çıxarıla bilər..Mümkün olmadıqda isə kəsilməsinə vəya budanmasına icazə verilib.