Xəzər Xəbər

"Android" telefon istifadəçiləri Diqqətli olun! - VİDEO

Veb TV | 20:55 • 26 İyul 2017
"Android" telefon istifadəçiləri

 Yeni yayılan virus vasitəsilə bütün məlumatlarınız oğurlana və tələb edilən pulu vermədiyiniz halda bu məlumatlar telefon siyahısındakı tanışlarınıza göndərilə bilər. Ekspertlər bu virusdan qorunmaq üçüm bəzi nüanslara diqqət etməyin vacib olduğunu deyirlər.

Müxtəlif tətbiqlər vasitəsilə telefona yüklənir, telefondakı şəkil, video və digər şəxsi məlumataları bloklayır. Üstəlik, tələb edilən məbləğ ödənilməyəcəyi təqdirdə bu məlumatların digər şəxslərə göndərilməsi ilə hədələyir.

Son günlər "LeakerLocker'' adı verilən virus bütün dünyada geniş şəkildə yayılıb. Bu virusun Azərbaycanda yayılma riski də çox böyükdür. Bunun üçün də ekspertlər android telefon işlədənləri diqqətli olmağa çağırırlar.

İnformasiya texnalogiyaları üzrə mütəxəssis Rövşən Əkbərov bildirir ki, "pley stor"dan tətbiq yükləyən hər bir istifadəçi bunun uzun müddət əvvəl "play stor"a yüklənməsinə diqqət etməli və istifadəsi geniş yayılan proqramlara üstünlük verməlidir.

Əgər yüklənən tətbiq telefondakı şəkil, kontaklar və digər məlumatlara girmək üçün icazə istəyirsə, bundan da imtina etmək lazımdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən edilən xəbərdarlığa əsasən bu cür hallarla qarşılaşanlar mərkəzin 16-54 "qaynar xətt"inə zəng edə və ya ''team@cert.az '' elektron ünvanına müraciət edə bilərlər.


Xəbər lenti