Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib. Yoldan çıxan avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Qazaxda isə 2 avtomobil toqquşub. Bu qəzada da 1 nəfər ölüb,2 nəfər xəsarət alıb.
İdarəetmədən çıxan avtomobil aşıb.Nəticədə 1 nəfər ölüb.
Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun salyan rayonunun Dayıkənd kəndi ərazisindən keçən hissəsində baş verib. Cəlilabad sakini, 27 yaşlı Elvin Xanməmmədov avtomobili ilə Bakı istiqamətində hərəkət olarkən döngədə idarəetməni itirib.Avtomobil yoldan 20 metr kənara aşıb. Qəza nəticəsində sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər-Cəlilabad sakinləri, 56 yaşlı Nigar Abışova, 41 yaşlı Fiqurə Quliyeva, 63 yaşlı Vəsmə Quliyeva və Telman Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilblər.
Qazaxın Yuxarı Salahlı kəndində də ağır yol nəqliyyat hadisəsi baş verib. avtomobillərin toqquşması nəticəsində sürücü Samir Qasımov hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan sürücü 23 yaşlı Elvin İsmayılov və sərnişin 25 yaşlı Elvin Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.