Bu dəfə müəllim olmaq istəyənlər imtahan verdilər. İmtahanlarda iştirak üçün rekord sayda namizəd qeydiyyatdan keçib: söhbət 47 min rəqəmindən gedir. Ümumillikdə isə imtahanlar avqustun 5-nə kimi davam edəcək
Bu gün paytaxtda yenidən imtahan həyəcanı yaşanıb. Bu dəfə imtahan verənlər abituriyentlər yox, müəllimlər adını qazanmaq istəyənlər olub.
İmtahanda artıq 6 minə yaxın şəxs iştirak edib. Ümumiyyətlə isə bu il müəllim olmaq istəyənlərin sayı rekord həddədir.
Namizədlərə ixtisaslarına uyğun 40 sual, metodika və məntiq üzrə isə hər birinə uyğun 10 sual, ümumilikdə isə 60 sual təqdim olunub. Sualların cavablandırılmasına 90 dəqiqə vaxt ayrılıb. Namizədlər düzgün cavablarını imtahanlarını bitirən kimi yerindəcə öyrənə bilirlər.
Bu il müəllim olmaq istəyənlərin daha bir üstünlüyü isə vakant yerlərin əvvəlki illərlə müqayisədə 2 dəfəyə qədər artmasıdır.
Təhsil Nazirliyinin rəsmisi Eşqi Bağırovun sözlərinə görə, bu il imtahanlarda işitirak edənlərin əksəriyyətini gənclər təşkil edib. İmtahanlar avqustun 5-dək davam edəcək.