Hindistanda Voodoo cadusu üçün canlı uşaqdan istifadə edilib. Bədəninə iynələr sancılan uşaq ölüb.
Şərqi Hindistanın bir əyalətində yaşanan bu hadisə eşidənləri dəhşətə salıb.
62 yaşlı afrika əsilli Sanatan Sahur adlı qadın cadunun təsirinin daha güclü olması üçün ilk dəfə oyuncaq yox, canlı uşaqdan istifadə edib. O, evində işləyən qadının uşağına dəfələrlə təcavüz edib, daha sonra caduda ondan istifadə edib. Cadu zamanı uşağın bədəninə iynələr sancıb.
İyulun 15-də uşaq xəstəxanaya yerləşdirilib və o, bu gün ölüb.
Voodoo cadusu daha çox pis niyyətli insanlar tərəfindən edilir. Məqsəd cadu edilən insanın pis vəziyyətdə qalması və ya həyatının məhv edilməsidir./Publika.az