Xəzər Xəbər

Ağacları kəsdirən məmur cərimələndi VİDEO

Veb TV | 21:57 • 13 İyul 2017
Ağacları kəsdirən məmur cərimələndi

Ağacları kəsib, yerində ev inşa etdirən Mənzil Kommunal İstismarı Sahəsinin rəisi cərimə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sahə rəisi təbiətə ümumilikdə 6600 manatlıq ziyan vurub.

Bakıda ağacları kəsdirən Mənzil Kommunal İstismar Sahəsinin rəisi cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yaşıllıq sahəsində ağacların kəsildiyini aşkar ediblər. Məlum olub ki, həmin ərazidə tut, dəfnə, zeytun və əncirdən ibarət 4 ağac ilə yanaşı, 6 ədəd də nar kolu qanunsuz kəsilib.

Zahid Bədəlov barəsində qanuna uyğun tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Zahid Bədəlovun da mövqeyini öyrənmək üçün sözügedən mənzil istismar sahəsinə gəldik. Ancaq oradan bizə Zahid Bədəlovun xəstə olduğu üçün işə çıxmadığı bildirildi. Telefonlarına isə zəng çatmadı.


Xəbər lenti

Çox oxunanlar