"Dünəndən pensiyaların vətəndaşların kartlarına yüklənməsinə başlanılıb". Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, penisyalar vətəndaşlara vaxtlı vaxtında təqdim olunacaq.
"Pensiyaların verilməsində heç bir problem yoxdur". Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, dünəndən artıq Bakıdan başlayaraq əmək pensiyaları vətəndaşların hesabına yüklənir. Yaxın günlərdə bütün ölkə ərazisində müavinətlərin ödənilməsi başa çatacaq.
Nazir bu gün həmçinin "Məzun evi" sosial müəssisəsində xalça və tikiş sexlərinin fəaliyyəti ilə də tanış olub. Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün burda əlavə iş yerlərinin yaradılması onların daimi gəlir yerləri ilə təmin edəcək.
Hazırda tikilən növbəti yaşayış binasında valideyn himayəsindən məhrum gənclər üçün uşaq bağçası, binanın ətrafında isə idman kompleksi və məktəbin tikilməsi də nəzərdə tutulub.