Xəzər Xəbər

Ət niyə bahalaşdı? SƏBƏB VİDEO

Veb TV | 21:08 • 13 İyul 2017
Ət niyə bahalaşdı?

Bakıda və rayonlarda ət bahalaşıb. Satıcılar buna səbəb kimi otun qiymətinin artmasını göstərirlər. Ətin bahalaşması alıcıların sayına da təsir edib.

Adətən yay aylarında mal və qoyun ətinin qiyməti ucuz olsa da, bu dəfə bunun əksi müşahidə olunur. On gün əvvəl satılan mal və qoyun ətinin qiyməti ilə indiki qiymət arasında fərq var: ət bahalaşıb.

Həm paytaxtda, həm də rayonlarda ət kəsimi məntəqələrində apardığımız müşahidələr bunu deməyə əsas verir. Paytaxtda satıcılar deyirlər ki, ümumilikdə mal və qoyun ətinin qiymətində 1 manat - 1 manat 50 qəpik arasında artım var.

Satıcılar buna səbəb kimi rayonlarda otun qiymətinin artmasını göstərirlər.

Yevlaxda da ətin qiyməti qalxıb. Qəssablar 1 kiloqram mal ətini 11 manata təklif edirlər. Ət satıcıları qoyun ətinin 8, quzu və dana ətinin isə 11 manata satılmasını kəndlidən heyvanı baha almaları ilə əlaqələndirirlər.

Ətin qiymətinin qalxması alıcıların sayına da təsir göstərib. Qəssablar son bir neçə gündə alıcıların sayının nisbətən azaldığını deyirlər.

Xəbər lenti

Çox oxunanlar