Bir qrup millət vəkili Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.
Milli Məclisin üzvləri Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları kənddə olub, düşmənin təxribatı nəticəsində həlak olan kənd sakinləri - Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirildikləri əraziyə baxış keçiriblər.Deputatlar kənd sakinləri ilə də görüşüblər.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olublar. 52 yaşlı Sərvinaz Quliyeva isə yaralanıb.