Xəzər Xəbər

Antarktida parçalanır Dünyanı yeni təhlükə gözləyir VİDEO

Veb TV | 15:48 • 13 İyul 2017
Antarktida parçalanır

Antarktidada təqribən 6 min kvadrat kilometr sahəsi, 1 trilyon ton ağırlığı olan nəhəng aysberq parçalanaraq materikdan ayrılıb. Qərbi Larsen C buzlağının parçalanması Antarktidanın ümumi sahəsinin 1/10 hissəsinin itirilməsi deməkdir.

Son 50 ildə qlobalmiqyasda havanın tempreraturu +2,5 dərəcə istiləşdiyindən Antarktidada fəsadlı dəyişiliklər yaşanırdı.

1995-ci ildə Larsen A buzlağının 4 min kvadrat kilometrlik hissəsi materikdən qoparaq məhv oldu. 2000-ci illərin əvvəllərində Larsen B buzlağından 3 min kvadrat kilometrlik hissə qopdu.

İndisə Larsen C buzlağı qopub.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertləri ötən ilin dekabrında Larsen C buzlağında aeroçəkilişlər apararkən uzunluğu 112 kilometr, eni 100 metr, dərinliyir 500 metr olan çat aşkarlamışdılar. Bu ilin ortalarında həmin çatın uzunluğu 200 kilometrə çatmışdı.

Buzlağın qopması dünya okeanında suyun səviyyəsi 10 sm qalxa bilər. Antarktidada buzlaqların parçalanaraq qopmaları prosesinin davam etdiyini qəzərə alsaq, problemlərin sayı daha da artacaq.

Qopmuş Larsen C buzlağı Atlantik okeanında hərəkət edərək əriyir və yeni böyük aysberq formalaşdırır. Həmin aysberqin kütləsi təqribən 1 milyard tondur.

milli.az


Xəbər lenti