Avropa Liqasında II təsnifat mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində baş tutan matçlardan birincisi Bakıda keçirilib.
Günün yeganə qarşılaşmasında "İnter” meydana çıxıb. Paytaxt təmsilçisi Lüksemburqun "Fola” komandasını qəbul edib. Matçın taelyini bir qol həll edib.
"İnter" ilk hissədə təşəbbüsü ələ alsa da, üstünlüyünü qola çevirə bilməyib. İkinci hissənin sonunda Mirhüseyn Seyidovun vurduğu qol komandamızın ilk matçdakı qələbəsini rəsmiləşdirib.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
"İnter” (Azərbaycan) – "Fola” (Lüksemburq) - 1:0
Qol: Mirhüseyn Seyidov, 89
Baş hakim: EytanŞmuelevits
Baş hakimin köməkçiləri:SaqiMetzamber, NissanDavidi
Dördüncü hakim: DanielBar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: VladislavXodeyev (Rusiya)
UEFA hakim-inspektor: Oguz Sarvan (Türkiyə)
Bakı. "Dalğa Arena” stadionu
"İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
"Fola”: 1. Tomas Him, 8. Veldin Muharremoviç, 10. Yakob Dallevedove, 15. Samir Haci, 20. Miçel Beçold, 22. Enis Saiti, 23. Tomas Lazerta, 24. Mehdi Kirç, 26. Rayan Klapp, 28. Yulian Klayn (k), 44. Peter Xrappan
Ehtiyat oyunçular:33. Emmanuel Kabral, 6. Billi Bernard, 9. Kristof Martin-Suarez, 11. Korentin Koçur, 14. Sedrik Sakras, 27. Stefano Bensi, 92. Ken Koral
Baş məşqçi:Ceff Ştrasser