Xəzər Xəbər

Günəş vannası sağalmaz xəstəliklərə yol aça bilər - VİDEO

Veb TV | 20:15 • 12 İyul 2017
Günəş vannası sağalmaz xəstəliklərə yol aça bilər -

Çimərlik mövsümünün başlanmısı ilə bərabər, gün yanıqları problemi də aktuallaşır. Saatlarla günəş vannası qəbul etmək sağalmaz xəstəliklərə yol aça bilər.

Xezerxeber.az-ın məlumatına görə, gün yanıqları adətən yüngül və səthi olsa da, dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edirlər. Dermatoloqların sözlərinə görə, hətta bu yanıqlar dəri xərçəngi riskini də artırır.

Dermatoloq Ramil Qocayevin sözlərinə görə, günəş vannaları dərinin vaxtından tez qocalmasına və hətta dəridə sağalmaz xəstəliklərin əmələ gəlməsinə belə səbəb ola bilər.

Yanıqlardan dərinizi qorumaq üçün ən yaxşı vasitə günəş kremlərindən istifadə və saat 11:00-17:00 aralığında açıq günəşin altına çıxmamaqdır. Əgər artıq dəriniz yanıbsa, o zaman ilkin yardım kimi sərin duş qəbul edə və ya soyuq su ilə kompreslərdən istifadə edə bilərsiniz. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, çobanyastığı, kalendula, palıd qabığı dəmləmələrindən də kompres kimi dəriyə tətbiq etmək tövsiyyə olunur. Soyuq qara çay da bu məqamda köməyə çatan vasitədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar