Xəzər Xəbər

VİDEO: Bir sinifdə bir neçə dəfə müəllim dəyişir

Veb TV | 19:57 • 6 Yanvar 2017
VİDEO: Bir sinifdə bir neçə dəfə müəllim dəyişir

Valideynlər müəllimin tez-tez dəyişdiyinə görə övladlarının oxuya bilmədiklərini deyirlər.

Bakının Ramana qəsəbəsində yerləşən Şuşa rayon 1 saylı Malıbəyli kənd orta məktəbinin ibtidai sinifinin müəllimi son bir ildə bir neçə dəfə dəyişdirilib. Valideynlər müəllimlərin belə tez tez-tez dəyişdirilməsindən narazıdırlar. Onlar övladlarının təhsil müəssisəsinə adapdasıya ola bilmədiklərini deyirlər.

Şagirdlərin məktəbə adapdasiyası baxımından ibtidai siniflərdə müəllim dəyişikliyinin tez tez baş verməsi arzu olunan deyil.

Məktəbiın direktoru Günəş Hüseynova isə həmin siniflərdə axıra qədər eyni müəllimin dərs keçməsinin yaxşı olduğunu dedi. Lakin müəllimlərinin dəyişdirilməsinin onlardan asılı olmayan səbəblərdən baş verdiyini bildirdi.

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev isə "XəzərXəbər"ə açıqlamasında bildirib ki, əvvəlki müəllimə məzuniyyətdən qayıdıb. Və bundan sonra dərsləri elə əvvəlki sinif müəlliməsi keçəcək.

 

Xəbər lenti

Çox oxunanlar