Xəzər Xəbər

VİDEO: Narkotik alveri ilə məşğul olan dəstə ələ keçdi

Veb TV | 19:58 • 6 Yanvar 2017
VİDEO: Narkotik alveri ilə məşğul olan dəstə ələ keçdi

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslərdən külli miqdadrda narkotik maddə aşkar edilib.

Polisdən narkotik alverçilərinə növbəti zərbə.

10 kiloqramdan çox narkotik maddəyə müştəri axtaran şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar. Ağdam sakini Mərdan Mehrəliyev paytaxtın Yasamal rayonu ərazisində şübhəli şəxs qismində tutulub.

Onun avtomobilinə baxış zamanı 10 kiloqram 410 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirmə zamanı Mərdan Mehrəliyev həmin narkotik vasitənin həmyerlisi Şükür Hümbətov adlı şəxsə aid olmasını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib.

Əlavə tədbirlər nəticəsində İsmayıllı rayonunda yaşayan Ağdam sakini Şükür Hümbətov da saxlanılaraq Baş İdarəyə gətirilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar