Xəzər Xəbər

VİDEO: Yolda işıqlandırma yoxdur - Sürücülər və piyadalar təhlükədə

Veb TV | 20:02 • 6 Yanvar 2017
VİDEO: Yolda işıqlandırma yoxdur - Sürücülər və piyadalar təhlükədə

Bir neçə kilometr uzunluğunda olan yoldan qaranlıq vaxtı keçmək təhlükəlidir. Paytaxtın Maştağa qəsəbəsindən Buzovna qəsəbəsi istiqamətinə olan yolda işıqlandırma sistemi yoxdur. Nəticədə də sürücülər və piyadaların həyatı üçün təhlükə yaranır. Hətta bu yolda bir neçə dəfə piyadaların vurulması ilə nəticələnən qəzada baş verib. Əməkdaşlarımız gecə vaxtı həmin yolda olublar problemi araşdırıblar.

Sürücülər və piyadalar təhlükədə.Yolda işıqlandırma yoxdur.

Gecə vaxtı bu yoldan keçmək bir neçə insanın həyatı bahasına başa gəlib.

Söhbət sürücüləri Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindən Xəzər rayonu Buzovna qəsəbəsinə aparan yoldan gedir.

Ərazidə çəkiliş apardığımız zaman yoldan həqiqətəndə istifadə etməyin nə qədər təhlükəli olduğunun şahidi olduq.Piyadalar və sürücülərin sözlərinə görə,bu ərazidə tez-tez qəzalar baş verir.

Ərazidə yaşayan vətəndaşlar deyir ki,əvvəl bu yolda işıq dirəkləri olub ,ancaq sonradan hansısa səbəbdən dirəklər götürülüb.

Bununla yanaşı ərazidə bir neçə piyada zolağı var ,ancaq nişanların üzərindəki işıq siqnalı işləmədiyindən problem daha da ağırlaşır.Sürücü yolda piyadanı görmədiyindən qəza baş verir.

Məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətindən isə bildirildi ki, sakinlərin müraciəti nəzərə alınaraq həmin yolun işıqlandırılması üçün aidiyyatı qrumlara müraciət edilib.

Xəbər lenti

Çox oxunanlar