Xəzər Xəbər

VİDEO: Yataqxanadan mənzil almaq olarmı?

Veb TV | 20:05 • 6 Yanvar 2017
VİDEO: Yataqxanadan mənzil almaq olarmı?

Bakıda bir nəfər yataqxanadan mənzil almaq üçün mənzil istismar sahəsinin müdirinə 15 min manat ödəyib. İndi nə mənzili ala bilir, nə də pulunu. Mövzunu araşdırmışıq.

Bakı sakini Raya Məmmədova yataqxana kimi nəzərdə tutulan binadan mənzil almaq istəyib. Makler ona Biləcəri qəsəbəsindəki yataqxanaların birində mənzil tapıb. Bununla da qadın öz başına iş açıb.

Həmin ərazidənki mənzil istismar sahəsinin müdiri Nazim və özünü mənzilin sahibi kimi təqdim edən Mütalib pulu alandan sonra yoxa çıxıblar. Raya Məmmədova Nazimə sms yazıb ki, əgər məni aldatsanız sizi məhkəməyə verəcəm. Bu zaman ona başqa vəd verilib.

Məsələ burasındadır ki, Raya Məmmədova pulu verməsilə bağlı heç bir qəbz və ya möhürlü sənəd almayıb.

Əvvəla ondan başlayaq ki, yataqxanalardakı mənzillər heç vaxt alqı satqı obyekti ola bilməz. Hüquqşünaslar da bunu təsdiqləsə də, jek müdiri Nazim telefon danışığında satıla biləcəyini deyir.

Yataqxananın aid olduğu Dövlət Dəmir yolları qapalı səhmdar Cəmiyyətindən "XəzərXəbər"ə bildirdilər ki, məsləni araşdıracaqlar. İndiki halda isə zərəçəkən tərəf mütləq polisə qarşılaşdığı dələduzluq faktı ilə bağlı müraciət etməlidir. Hətta əlində pulu verməsinə dair sənəd olmasa belə.

Hüquqşünasın məsləhəti yəqin ki, Raya xanımın işinə yarayacaq.

 

 

Xəbər lenti

Çox oxunanlar