Xəzər Xəbər

Azərbaycanlı gənc milli avtomobil modelinin dizaynını hazırlayıb - VİDEO

Veb TV | 20:20 • 19 May 2017
Azərbaycanlı gənc milli avtomobil modelinin dizaynını hazırlayıb -

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov milli avtomobil modelinin eskizini hazırlayıb. Xezerxeber.az məlumat verir ki, iİki ildən çoxdur üzərində işlənən "Azerant Buta" modelinin dizaynında milli ornamentlər əsas götürülüb.

"Azerant Buta" avtomobilinin loqosunda gerbimiz və səkkizguşəli ulduz da əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxışı dizaynı əsasında işlənib.

Aerodinamik və modern üslubda hazırlanan modelin texniki göstəricilərinin necə olmasına isə mühəndislər qərar verə bilərlər. Əgər layihə gerçəkləşdirilsə, bu model ekonom sinfə aid olacaq.

Ramil Nəcəfov artıq Müəllif Hüquqları Agentliyindən layihəni özününküləşdirmək üçün şəhadətnamə də alıb. O, yeni dizaynını yaxın vaxtlarda aidiyyati qurumlara və dünyanın ən məşhur avtomobil şirkətlərinə göndərməyi düşünür.

Gənc dizayner bu avtomobilin gələcəkdə Azərbaycanın milli brendi olacağına və layihənin aidiyyati qurumlardan müsbət rəy alacağına ümid edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar