Oğurluq edən şəxs özü oğurluğa məruz qalıb.
Xezerxeber.az məlumat verir ki, qəribə hadisə Şirvanda olub. 20 yaşlı Coşqun İsmayılov şəhər sakininin evindən oğurluq etdiyi üçün polis tərəfindən saxlanılıb.
Şirvan polisi istintaq hərəkətləri zamanı müəyyən edib ki, Coşqun İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu tanışı Röyal Xələfov görüb. Coşqun həmin yerdən uzaqlaşdıqdan sonra Röyal qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları ilə birlikdə lombarda qoyub. Əldə olunan pulu isə aralarında bölüblər. Şirvan polisi tərəfindən ikisi azyaşlı olmaqla digər iki nəfər də istintaqa cəlb edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: