Xəzər Xəbər

VİDEO: Ermənilər beynəlxalq hüquq normalarını pozmağa davam edir

Veb TV | 20:00 • 6 Yanvar 2017
VİDEO: Ermənilər beynəlxalq hüquq normalarını pozmağa davam edir

Ermənilər beynəlxalq hüquq normalarını pozmağa davam edir. İşğalçı dövlətin müvafiq qurumları bu dəfə işğal altında olan Kəlbəcərdə müalicəvi istirahət kompleksi tikmək niyyətinə düşüblər. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət bildirilib

Ermənilər işğal altında olan Kələbəcərdə istisu müalicəvi istirahət kompleksi tikmək niyyətindədir. Məlumatı erməni geoloq Akop Mkrtçyan metbuata açıqlayıb. Azərbaycan xarici işlər nazirliyi isə ermənilərin bu planının beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu bəyan edib

Belə qanunsuz fəaliyyətlərin icra edilməsində digər ölkə şirkətlərinin iştirakı da təsdiqlənərsə həmin müvafiq beynəlxalq qurumlarına da diplomatik yolla müraciətlər olunacaq. Bu günə kimi ermənilər işğal olunmuş ərazilərinin turizm məqsədi ilə istifadə edilməsi faktları aşkarlanıb ki, buna qarşı da mübarizə aparılır.

Hikmət Hacıyev bildirir ki, Azərbaycanın, işğal olunmuş ərazilərə səfər edən turistləri arzuolunmaz şəxslər siyahısına salması belə səfərlərin azalmasına səbəb olub. Həmyerlilərimiz də internetdə belə səfərləri təşkil edən şirkətlərlə rast gəldikdə bu barədə nazirliyə məlumat verərsə onlar haqqında da tədbirlər görülür.

 

Xəbər lenti