Xəzər Xəbər

VİDEO: ABŞ-da silahlı insident: 5 nəfər ölüb, 45 nəfər yaralanıb

Veb TV | 09:13 • 7 Yanvar 2017
VİDEO: ABŞ-da silahlı insident: 5 nəfər ölüb, 45 nəfər yaralanıb

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

Bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.

“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir.

Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb. 

Xəbər lenti

Çox oxunanlar