Qaxda qonşu qonşusunu odlu silahla qətlə yetirib. Hadisə ağac əkmək üstündə baş verib. Yardımlı rayonunda isə 3 uşaq atası olan niyaz təhməzov həmkədlisi 23 yaşlı natavan babyevanı boğaraq öldürüb.
Qaxda keçmiş polis işçisi qonşusunu odlu silahla qətlə yetirib. Hadisə bu gün günorta saatlarında Qax şəhəri Aydın Məmmədov küçəsində qeydə alınıb. Hadisənin baş verdiyi küçədə qonşuluqda yaşayan, 68 yaşlı Nəbi Hacıyev ilə 58 yaşlı Aydın Musayevin aralarında mübahisə baş verib.
Mübahisə zamanı Nəbi Hacıyev ov tüfəngi ilə qonşusu Aydını güllələyib. Ağır güllə yarası alan Aydın Musayev Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırıldıqdan 3-5 dəqiqə sonra dünyasını dəyişib. Hadisəni törədən Nəbi Hacıyev saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə ağac əkmək üstündə baş verib. Aydın Musayev kiçik ərazidə ağac əkərkən Nəbi Hacıyev həmin ərazinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə baş verib. Nəbi Hacıyev Aydın Musayevi tüfənglə qətlə yetirib.
Yardımlı rayonunda isə 23-yaşlı qadın həmkəndlisi tərəfindən qətlə yerilib. Telavar kəndində 3 uşaq atası 34 yaşlı Niyaz Təhməzov həmkədlisi 23 yaşlı Natavan Babyevanı boğaraq öldürüb.
Bir nüçə gün əvvəl Natvan Babayevanın validenləri Yardımlı Rayon Polis Şöbəsinə qızlarının itgin düşməsi ilə bağlı müraciət ediblər. Polisin apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Natavan Babayevanın kənd sakini Niyaz Təhməzovla münasibəti olub.
23 yaşlı qız itkin düşdüyü gün Niyaz Təhməzovla birlikdə kənddə heç kimin yaşamadığı evə gəliblər və burada onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Niyaz Natavanı evin tövləsinə apararaq boğub öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib. Polis tərəfindən saxlanılan Niyazi Təhməzov cinayəti etiraf edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.