Kürdəmir sakininin fərdi təsərrüfatında ev quşları kütləvi şəkildə qırılıb. 2 gün ərzində 2 mindən çox cücə tələf olub. Zərərçəkən iddia edir ki, müalicə məqsədi ilə baytarlıq aptekindən aldığı dərmanı cücələrə verdikdən sonra bu hadisə baş verib.
Cücələr iki gün ərzində kütləvi şəkildə ölüb.
Hadisə Kürdəmirdə olub. Rayonun Sığırlı kənd sakini Mahir Həsənova məxsus fərdi təsərrüfatda 2 aylıq 2350 ev quşu 2 gün ərzində tələf olub. 30 ildir bu işlə məşğul olan Mahir Həsənov belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını deyir. Onun sözlərinə görə, müalicə məqsədilə baytarlıq aptekindən aldığı dərmanı yemə qatıb cücələrə verdikdən sonra cücələr kütləvi şəkildə tələf olub.
Hadisə yerində olan rayon baytarlıq xidmətinin rəisi Mehman Nəsirov tələf olmuş quşlardan analiz məqsədilə nümunələrin götürüldüyünü deyib.
Cücələrin kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi götürülən nümunələrin cavabından sonra müəyyənləşəcək.