''Suni qiymət artımına imkan verilməyəcək'' iqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafından da danışıb və yaxın illərdə Masallı və Hacıqabulda sənaye zonlarının yaradılacağını bildirib. Bu arada gələn il istifadəyə veriləcək Socar Polymer zavodu ölkənin plastik məhsullara olan tələbatını tam ödəyəcək.
Azərbaycanda suni qiymət artımının qarşısını almaq üçün moniqtorinqlər artırılacaq , bazara nəzarət gücləndirləcək. İqtsadiyyat naziri Şahin Mustafayev prezidentin sonuncu müşavirəsindən sonra bu məsələyə diqqətin artırıldığını bildirib.
İqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafı üçün Masallı və Hacıqabulda da sənaye zonlarının yaradılacağının, bunun üçün hazırlıqların görüldüyünü bildirib.
Sumqyıt sənaye parkında inşa edilən Socar polymer zavodunun istehsal edəcəyi məshullardan da danışan nazir bildirib ki, buradakı xammal ilə 100 lərlə yeni məhsul hazırlana bilər ki, bu üstünlükdən də yerli sahibkarlarımız istifadə etməlidir.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayevində iştirak ilə keçirilən Socar Polymer zavodunda istehsal ediləcək
məhsulların sahibkarlara təqdim edilməsi tədbirində vurğulanıb ki, Sumqayıt Sənaye
parkında yaradılacaq müəssələrdə 2000-ə yaxın yeni iş yerinin açılması nəzərdə
tutulur.