Xəzər Xəbər

İctimai yerlərdə siqaret çəkmə qadağan edildi Qanun layihəsi qəbul olundu - VİDEO

Veb TV | 19:54 • 14 Aprel 2017
İctimai yerlərdə siqaret çəkmə qadağan edildi

2016-cı ildə dövlət vəsaitini xərcləyərkən maliyyə pozuntularına yol verən 443 nəfər barəsində tənbeh cəzası tətbiq edilib. 2 iş barəsində isə materiallar prokurorluğa göndərilib. Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının hesabatı təqdim edilərkən bu barədə açıqlama verilib. Bundan başqa iclasda siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi də qəbul olunub. Birinci oxunuşda qəbul edilən qanun layihəsi bir sıra ictimai yerlərdə siqarət çəkməyi tam qadağan edir.

Milli Məclisin bugünkü plenar iclası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun hesabat çıxışı ilə başlayıb. Ötən il görülən tədbirlərdən danışan palata sədri indiyədək 11 milyon 300 min vəsaitin dövlət büdcəsinə ödənişinin bərpa olunduğunu bildirib. Qurumun rəhbəri 5 milyard 800 milyon vəsaitin auditinin aparıldığını və indiyədək maliyyə pozuntularına görə həyata keçirilən cəza tədbirlərini açıqlayıb.

Millət vəkili Əli Məsimli Hesablama Palatasının təhlillərinin daha da dərinləşdirilməsinin və nəticədə böyük həcmdə vəsaitlərin büdcəyə geri qaytarılmasının vacib olduğuna diqqət çəkib.

Millət vəkili Fazil Mustafa isə Hesablama Palastasının inhisarçılığa qarşı mübarizədə də addımlar atmasını vacib hesab edib. Deputat yalnız bu qurumun inhisarçılara qarşı mübarizədə addım atmaq səlahiyyətinin olduğuna diqqət çəkib.

Nəticədə Hesablama Palatasının hesabatı səsə qoyularaq qəbul edilib. Plenar iclasda ən çox müzakirələrə səbəb olan qanun layihələrindən biri isə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi oluB. Bir sıra ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun layihəsinin müzakirələrində, millət vəkilləri sənəddə bir sıra maddələrə dəyişikliklər edilməsini təklif ediblər.

Qanun layihəsi bəyənilərək 1-ci oxunuşda qəbul olunub.


Xəbər lenti

Çox oxunanlar