Toksikologiya şöbəsinə ilan sancmaları ilə bağlı müraciətlər daxil olmağa başlayıb. Bu da havaların isinməyə başlaması ilə bağlıdır. Bununla əlaqədar mütəxəssislər insanları diqqətli olmağa çağırırlar.
Havaların isinməsinə paralel olaraq ilandan zəhərlənmə halları da artır. Bununla əlaqədar həkimlər insanlara xəbərdarlıq edib.
Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maksudovun sözlərinə görə, artıq ilan sancması ilə bağlı mərkəzə müraciətlər var. Bu kimi hallarla qarşılaşmamaq üçün insanlar diqqətli olmalıdırlar.
Azər Maksudov ən təhlükəli ilanın gürzə olduğunu deyib. Çünki bu növ ilanın sancması çox vaxt ölümlə nəticələnir.
Şöbə müdirinin sözlərinə görə, ilan sancmaları ilə əlaqədar olaraq bütün tibb müəssisələri zərdabla təmin edilib.
Ümumiyyətlə isə cari ilin əvvəlindən bu günə kimi kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə əlaqədar 146 müraciət daxil olub. dərman zəhərlənmələri ilə bağlı müraciətlərin sayı isə 170 olub. bütün xəstələrə lazimi tibbi yardım göstərilib və hec birində ölüm halı baş verməyib.