Saxta hüquq-mühafizə işçisi ifşa edilib. Həmin şəxsi polis zərərçəkmiş vətəndaşların şikayəti ilə tutub. Araşdırma zamanı məlum olub ki o, vətəndaşın külli miqdarda pulunu alıb ki, oğlunu məhkəmə işini həll edəcək.
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib vətəndaşların pullarını mənimsəyən şəxs saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rövşən Şükürovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.