Xəzər Xəbər

VİDEO: "Baytarlıq Xidməti ətləri əsassız şəkildə müsadirə edib" - Sahibkarlar narazıdır

Veb TV | 20:03 • 7 Yanvar 2017
VİDEO: "Baytarlıq Xidməti ətləri əsassız şəkildə müsadirə edib" - Sahibkarlar narazıdır

Ötən gün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları paytaxtda Təzə bazarda reyd keçirərək, 445 kiloqram əti müsadirə ediblər. Bu hal isə sahibkarların narazılığına səbəb olub. Onlar satdıqları ətin lazımi yoxlamalardan keçirildiyini və ətlərin əsassız şəkildə müsadirə edildiyini bildirirlər.

Xezerxeber.az məlumat verir ki, səhər tezdən bazara gələn müfəttişlər 445 kiloqram əti antisanitar vəziyyətdə satıldığı və tərkibinə dair şübhələr olduğunu əsas gətirərək müsadirə ediblər. Paytaxtda "Təzə Bazar"dakı ət satışı məntəqəsində keçirilən bu reyd isə qəssabların narazılığına səbəb olub.

"Təzə bazar"ın daxilində fəaliyyət göstərən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 5 saylı Baytarlıq-ekpertiza laboratoriyasının aparıcı həkimi də reyddə müsadirə edilən ətlərin yoxlanışdan keçdiyini təsdiqləyir.

Bazar rəhbərliyi isə belə reydlərin tez-tez keçirildiyini, hətta sonuncu reyd zamanı sahibkarlara 3 min manatdan çox ziyan dəydiyini deyib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli Xezerxeber.az-a açıqlamasında bildirdi ki, sözügedən bazarda reyd daxil olan məlumat əsasında keçirilib və gizli, antisanitar şəraitdə fəaliyyət göstərən, əti sümükdən ayıran sex aşkar edilib. Yoxlama zamanı isə qəssablar tərəfindən əti yoxlanışdan keçdiyini göstərən sənədlər təqdim olunmadığından ətlər müsadirə edilib və yanvarın 9-da laboratoriyanın cavabı məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar