Xəzər Xəbər

VİDEO: Cərməsini ödəyib, amma avtomobilini sürə bilmir

Veb TV | 20:09 • 7 Yanvar 2017
VİDEO: Cərməsini ödəyib, amma avtomobilini sürə bilmir

2013-cü ildə sərxoş vəziyyətdə saxlanılan sürücü cəriməsini ödəsə də avtomobilini idarə edə bilmir. Sürücü bildirir ki, həmin vaxt məhkəmə qərarı ilə 300 manat cəriməsini ödəyib, hətta ödənişin qəbzini də saxlayıb. Amma indi yol polisi sürücüyə bildirir ki, ödənilən cərimə yol polisinə aid sistemdə görünmür.

Xezerxeber.az məlumat verir ki, sürücü Səxavət Mövlayev dərhal banka gedərək 300 manat cəriməsini ödəyib. Daha sonra ödənişə aid qəbzlə Nizami rayon məhkəməsinə gəlib və avtomobilə aid bütün sənədlərini götürüb.

O gündən avtomobili ilə rahat hərəkət edən Səxavət Mövlayevi ötən gün Zabrat qəsəbəsində yol polisi saxlayıb. Sürücüyə bildirib ki, sizin ödənməmiş cəriməniz var və avtomobil cərimə meydançasına aparılmalıdır. Hətta həmin vaxt sürücüyə bildiriblər ki, ödənməmiş cəriməsi 480 manat olub.

Baş Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, sürücü cəriməni İnizbati Xətalar Məcəlləsinə uyğun, yəni dövlət yol polisinə ödəniş etməyib. O, həmin məbləği məhkəmə hesabına etdiyi üçün cərimə Dövlət Yol Polisinin sistemində görünmür. Bu səbəbdən də 300 manatlıq cərimənin üstünə dəbbə pulu gəlib.

Şöbə rəisi sürücüyə Baş Dövlət Yol Polisi İdarəsinə dəvət edir. Araşdırma aparıldıqdan sonra həmin məbləği bank vasitəsi ilə inzibati xətalar aid cəriməyə köçürülə bilər. Cərimənin faizinə gəlikdə isə onun ləğv edilməsi ilə bağlı qərar çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar