Xəzər Xəbər

Boşanmadan da aliment almaq mümkündür - VİDEO

Veb TV | 19:43 • 5 Aprel 2017
Boşanmadan da aliment almaq mümkündür -

Südəmər uşaq olan ailələrdə bəzi hallarda münaqişələr baş verir. Məhkəmə tərəflərə boşanmanin həyata keçirilməsi üçün 1 il gözləməyi məsləhət görür. Bəs bu ərəfədə uşaği ilə tək yaşayan qadin və ya kişi alment ala bilərmi ?

Xezerxeber.az məlumat verir ki, boşanmadan da aliment almaq mümkündür.

Ailə münaqişəsi zamanı ya kişi ailəni tərk edir, ya da qadın uşaqlarını atalarının öhdəliyinə atıb gedir. Uşaq, südəmər olduğundan, yəni 1 yaşına çatmadığından isə çox zaman məhkəmə onların boşanması barədə qərar çıxarmır.

Bu zaman rəsmi ninkahda olmağınıza baxmayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz.

Ailə Məcəlləsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir.

Qanunvericilik qarşı tərəfə boşanmaya qədər alimenti ödəməyi tələb kimi qoyur.

Aliment ailədəki uşaqların sayından asılı olaraq daha artıq müəyyənləşə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar