Xəzər Xəbər

VİDEO: Qadın sürücü qəza törətdi, Bakıda bahalı maşın yandı

Veb TV | 19:43 • 7 Yanvar 2017
VİDEO: Qadın sürücü qəza törətdi, Bakıda bahalı maşın yandı

Qadın sürücü yol qəzasına səbəb olub, nəticədə iki nəfər xəsarət alıb.

Xezerxeber.az məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsində olub. Svetlana Məmmədova avtomobillə Fəzail Bayramov küçəsində gedərkən məcburi hərəkət nişanının tələbini pozub və Afiyəddin Cəlilov küçəsində sağa dönməyib. Nəticədə onun avtomobili həmin küçə ilə hərəkətdə olan Pərviz Həmzəyevin avtomobilinə çıxrpılıb.  Zərbənin gücündən xanım sürücünün avtomobili yoldan çıxaraq reklam dirəyinə dəyib.

Hadisə nəticəsində Svetlana Məmmədova xəsarət alıb və sükan arxasında köməksiz qalıb. Yaralı qadını avtomobildən hadisə şahidləri çıxarıblar. Təcili tibbi yardım briqadası onu 1 saylı şəhər kliniki xəstəxanasına aparıb.

Pərviz Həmzəyev isə yüngül xəsarət alıb, ilkin tibbi müdaxilədən sonra o da xəstəxanaya aparalıb.

Bakıda axşam saatlarında daha bir yol nəqliyyat hadisəsində isə “BMV X5” markalı avtomobil yanıb.

Hadisə Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki körpünün üzərində baş verib. 90 OZ 794 dövlət nömrə nişanlı avtomobilin mühərrik hissəsi qəfldən alışıb.

Şahidlərin sözlərinə görə, hadisədə xəsarət alan olmayıb, lakin avtomobil tamamilə yanaraq sıradan çıxıb. Hadisə yerinə gələn yol polisləri və yanğınsöndürənlər təhlükəsizlik tədbiri görüb, yanğın söndürülüb. Hadisəyə görə prospektin bir istiqamətində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar