Xəzər Xəbər

VİDEO: Qardaşını döyən qaynının qulağını qopartdı

Veb TV | 19:59 • 7 Yanvar 2017
VİDEO: Qardaşını döyən qaynının qulağını qopartdı

Sabirabad sakini qardaşını döyən qaynının qulağını dişləyərək qoparıb.

Xezerxeber.az məlumat verir ki, hadisə rayonun Moranlı kəndində baş verib. Səbəb isə hazırda xəstəxanada yatan Cavad Mirzəyevin döyülməsi olub.

Balıq tutmaq üçün istifadə olunan tor üstündə düşən mübahisədən sonra 29 yaşlı Xəqani Mirəliyəv 28 yaşlı Cavad Mirzəyevi kənara apararaq küt alətlə vurub və xəsarət yetirib. Döyülənin böyük qardaşı 31 yaşlı Camal Mirzəyev isə hadisəni törədən qaynı Xəqani Mirəliyəvgilə yollanıb.

Camal Mirzəyev əlbəyaxa dava zamanı qaynı - Xəqani Mirəliyevin qulağını dişi ilə qoparıb. Xəqani Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar