Xəzər Xəbər

VİDEO: Etibarnamə ilə etibarsız alver…

Veb TV | 20:04 • 8 Yanvar 2017
VİDEO: Etibarnamə ilə etibarsız alver…

Daha bir nəfər etibarnamənin qurbanı olub. Deməli Ağcəbədi sakini 2012-ci ildə etibarnamə ilə aldığı avtomobili indi sürə bilmir. Buna avtomobilin əsl sahibinin banka 40 min manat borcunun olmasının üzə çıxması səbəb olub. İndi isə məhkəmə avtomobilin üzərinə həbs qoyub.

Etibarnamə ilə avtomobil alan daha bir şəxs problemlə üzləşib. Söhbət Ağcəbədi sakini Vüsal Muradovdan gedib. Onun etibarnamə ilə aldığı avtomobilinin üzərinə həbs qoyulub. Buna səbəb avtomobilin əsl sahibinin banka küllü miqdarda kredit borcunun olmasıdırç

Zərərçəkən indi probleminin həll edilməsini, borclu sahibinin borcunu banka qaytarmasını istəyir.

Vəkil Xəyal Bəşirov isə deyir ki, əgər sübuta yetirilsə ki, avtomobil həqiqətən bu şəxsə satılıb, bu zaman onun üzərindən həbs qaldırıla bilər.

Vəkil Xəyal Bəşirov bu cür problemlərin yaşanmaması üçün vətəndaşlara tövsiyyə edir ki, avtomobil alan şəxslər mütləq öz adlarına rəsmiləşdirməlidir. Əks halda belə problemlərlə üzləşmək qaçınılmazdır.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar