Xəzər Xəbər

VİDEO: Evini Azərbaycan bayrağının rənglərinə bürüdü

Veb TV | 19:56 • 8 Yanvar 2017
VİDEO: Evini Azərbaycan bayrağının rənglərinə bürüdü

Goranboyun Tatarlı kəndində yerləşən bir ev görənlərin marağına səbəb olur. Yeni tikilən yaşayış evi bayrağımızın rənglərində boyadılıb. Bu idea ev sahibinin çoxdanki arzusu olub.

Ev üçrəngli bayraq formasında boyatdırılıb.

Görüntülər Goranboyun Tatarlı kənd sakini Qaryağdı Həsənova məxsus evdəndir. Evin tikintisinə ötən il başlanlılıb. Tikinti işləri irəlilədikcə Qaryağdı Həsənov ürəyindəki arzusunu reallaşdırmaq qərarına gəlib. Kub formalı bina tikilib ərsəyə gəldikdən sonra ev sahibi onu bayraĞIN rənglərində boyatdırıb və üzərinə ay ulduz çəkdirib.

Evi bu cür rəngləmək Qaryağdı Həsənovun çoxdankı arzu imiş. Qeyri-adi ev görənlərin marağına səbəb olur.

Nişanlı oğluna toy etməli olan ailə ikimərtəbəli evin 1-ci mərtəbəsini tez bir zamanda inşa etdirərək ora gəlin gətiriblər. Binanın 2-ci mərtəbəsində isə işlər yekunlaşmayıb. Ev sahibi evin damını da göy, qırmızı və yaşıl rəngli keramika ilə örtəcəyini bildirib.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar