Xəzər Xəbər

VİDEO: Bahalı itləri kim oğurlayır?

Veb TV | 20:05 • 8 Yanvar 2017
VİDEO: Bahalı itləri kim oğurlayır?

Əhmədli metrosunun yaxınlığındakı binaların həyətindən qiyməti 500 manata yaxın iki haski yox çıxıb. Abşeronda isə Qobu qəsəbəsində 8 haski balasından 6-sını oğurlayıblar. Maraqlıdır, haskiləri kim oğurlayır?

Dünən gecə Bakıda 2 bahalı haski cinsi olan it oğurlanıb.

Əhmədli metrosunun yaxınlığındakı binaların həyətində itləri saxlayan Sabit Əliyev deyir ki, atası gecələr itlərə nəzarət edir. Amma dünən axşam qısa müddətlik dükana gedib gələndən sonra görüb ki, haskilər yoxa çıxıb.

Sahibi deyir ki, bu itlərin qiyməti 400-500 manat civarındadır. Elə oğruları tamaha ghətirən də yəqin ki, bu olub.

9 gün əvvəl isə Abşeron rayonun Qobu qəsəbəsində Mərdan Məmmədovun həyətindən haski cinsi olan itin balaları oğurlanıb. 8 it balasından iksi gizlənsə də, 6-sını aparıblar.

İtin sahibi deyir ki, bu barədə polisə məlumat verib. Amma kimsə itləri oğurlayanı və ya itlərin yerini bilirsə ona mükafat vəd edir.

İtlərin sahibləri bildirir ki, son zamanlarda bahalı itlərin oğurluğu artıb.

 

Xəbər lenti

Çox oxunanlar