Xəzər Xəbər

VİDEO: Poçt şöbəsinə oğru girdi

Veb TV | 19:50 • 8 Yanvar 2017
VİDEO: Poçt şöbəsinə oğru girdi

Lənkəranda naməlum şəxslər poçt şöbəsinin qapısını qıraraq içəri daxil olublar. Seyfi aça bilmədikdə isə əliboş geri qayıtmaq məcburiyyətində qalıblar. Eyni vaxta poçtun yaxınlığındaki mağaza da qarət olunub.

Əvvəlcə poçtu qarət etmək istədilər, sonra isə mağazanı soydular.

Oğurluq hadisəsi Lənkəranın Digah kəndində baş verib. Naməlum şəxs və ya şəxslər ötən gecə Digah-Şilavar poçt şöbəsinə giriblər. Onlar seyfdə pul olduğunu zənn ediblər və qapıdakı qıfılları qıraraq içəri daxil olublar.

Lakin oğrular seyfi aça bilməyiblər. Eyni vaxtda poçt şöbəsinin yaxınlığındakı mağazanın tavanı da naməlum şəxslər tərəfinən sındırılıb. Onlar damdan mağazaya girə bilmədikdə isə qapının qıfıllarını qırıblar. Onlar kassadan pul tapa bilmədikdə danışıq kartları və xeyli siqaret götürərək oradan uzağlaşıblar. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti