Xəzər Xəbər

VİDEO: Bu dairədə hərəkət dəyişdi - Bilməyənləri 60 manat cərimə gözləyir

Veb TV | 09:05 • 9 Yanvar 2017
VİDEO: Bu dairədə hərəkət dəyişdi - Bilməyənləri 60 manat cərimə gözləyir

Paytaxtın beşmərtəbə dairəsi kimi tanınan ərazisində yol nişanının dəyişdirilməsi sürücülər arasında çaşqınlıq yaradıb. Belə ki, dairəyə daxil olan sürücülər bilmirlər ki, baş yol hansına hərəkət üstünlüyü verir. Belə olan halda isə yolda yaranan qarmaqarışıqlıq siqnallarla müşayiət olunan uzun tıxac yaradır.

Bakının mərkəzində qoyulmuş yeni yol nişanı sürücüləri əməlli başlı çaşbaş salıb.

Azərbaycan prospektindən beşmərtəbə dairəsi kimi tanınan yerdən Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edən sürücülər üçün dairəyə daxil olanda yeni STOP nişanı qoyulub.

Sürücülər hesab edir ki, yol polisi Azərbaycan prospekti istiqamətində gələn sürücülərə dairəni burax, dairəyə daxil olanlara isə sağdan gələn avtomobilləri burax əmredici nişanları qoymaqla onları çaş-baş salır.

“Stop” nişanından çaşbaş qalan sürücülər bilmirlər ki,baş yol kimdədi.Belə olan halda isə bir birlərinə yol vermək üçün bir müddət gözləməli olurlar.

Ərazidə xidmət aparan yol polisi əməkdaşları sürücülərin qaydalardan xəbərsiz olduqlarını elə buna görə də çaş baş qaldıqlarını bildirdilər.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif əsədov dairədə nişanının olmasının sürücülərin hərəkətinə mane olmadığını söylədi. Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizlik komissiyasının qərarı var. Aparılan xrionometraj göstərir ki, Azərbaycan prospektində hərəkət intensivliyi var. Elə buna görə də bu yolda stop işarəsi günün tələbinə uyğun qoyulub.

Qeyd edək ki, dəyişiklikdən xəbəri olmayan sürücüləri 60 manat-3 bal cərimə gözləyir. Lakin yaxşı olardi ki, Azərbaycan prospektindən gələnlər üçün "dairəvi hərəkət" nişanı ilə birlikdə "Baş yol" nişanı da qoyulsun.

Xəbər lenti