Xəzər Xəbər

VİDEO: Bu qəsəbəyə dönmək mümkün deyil - SƏBƏB MARAQLIDIR

Veb TV | 09:09 • 9 Yanvar 2017
VİDEO: Bu qəsəbəyə dönmək mümkün deyil - SƏBƏB MARAQLIDIR

Bakı-Qazax magistralının xeyli hissəsinə beton maneələr qoyulub. Lakin Hacıqabulun Padar qəsəbəsinə dönmək üçün yer qoyulmayıb. Bu səbəbdən həm piyadalar, həm də sürücülər heyvanlar üçün nəzərdə tutulmuş keçiddən istifadə edir.

Qəsəbəyə dönmək üçün yer qoyulmadığından əhali heyvanlar üçün nəzərdə tutulmuş keçiddən istifadə edir.

Görüntülər Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsindəndir. Magistrala beton sədlər düzülüb və kəndlərə dönmək üçün yer qoyulub. Lakin Padar qəsəbəsinə dönmək üçün keçid yoxdur. Bu səbəbdən də piyadalar və sürücülər heyvanlar üçün nəzərdə tutulmuş keçiddən istifadə edir..

Qəsəbə sakinlərinə məxsus əkin sahələri magistralın qarşı tərəfindədir. Ora getmək üçün də yalnız Qarasu kəndi ərazisindən dönüb qayitmalı olurlar. Nəticədə də əlavə olaraq 20 kilometrdən artıq məsafə qət etməlidırlər.

Yağıntıların çox olduğu payız və qış mövsümündə keçiddən istifadə etmək müşkülə çevrilir.

Məsələ ilə bağlı Padar ərazi İcra Nümayəndəliyindən bildirildi ki, yol çəkilən zaman layihədə qəsəbəyə dönmək üşün yer qoyulması nəzərdə tutulub. Lakin sonradan layihə dəyişdirilib.

Sakinlər magistraldan qəsəbəyə dönmək üçün keçid qoyulacağına ümid edirlər.

Xəbər lenti