Xəzər Xəbər

VİDEO: Paytaxtda və bölgələrdə yaşıl marketlər, fermer mağazaları yaradılacaq

Veb TV | 09:14 • 9 Yanvar 2017
VİDEO: Paytaxtda və bölgələrdə yaşıl marketlər, fermer mağazaları yaradılacaq

 Bununla da kənd təsərrüfatı məhsulu istehsal edənlər heç bir vasitəçi olmadan məhsullarını birbaşa alıcılara təqdim edə biləcəklər. Bundan başqa sərhədboyu ərazilərdə yeni logistika və ticarət mərkəzlərinin inşası da gündəmdədir.

Bakıda və bölgələrdə 5 yaşıl market və 50 fermer mağazası yaradılacaq. Bu dövlət başçısının təsdiqlədiyi kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində əksini tapıb...

Yeni yaşıl market və fermer mağazaları fermerlərə məhsullarını heç bir vasitəçi olmadan birbaşa bazara çıxarmağa imkan verəcək. Bu öz növbəsində həm qiymətləri aşağı salacaq, həm də istehlakçılara təbii məhsulları birbaşa əldə etmək imkanı yaradacaq.

Bundan başqa sərhədboyu ərazilərdə yeni logistika və ticarət mərkəzləri də yaradılacaq. Belə mərkəzlər Azərbaycan sahibkarlarının, fermerlərin qonşu ölkələrə daha asan və keyfiyyətli məhsul çıxarmasına dəstək verəcək.

Logistika mərkəzlərinin həm xarici, həm də yerli iş adamları üçün əlçatan olmasını təmin etmək üçün yol infrastrukturunun yüksək standartlara çatdırılması üçün işlər görüləcək. Mövcud avtomobil yollarının tikintisi və təmiri ilə yanaşı dəmiryolu ilə qonşu ölkələrlə əlaqələrin qurulması üçün addımlar atılacaq.

Xəbər lenti