Xəzər Xəbər

VİDEO: Dadları hiss edən smartfon təqdim edildi - Dünyada ilk dəfə

Veb TV | 13:02 • 9 Yanvar 2017
VİDEO: Dadları hiss edən smartfon təqdim edildi - Dünyada ilk dəfə

CES 2017 sərgisi zamanı molekulyar ötürücülü ilk smartfon təqdim edilib.

Changhong H2 adlı smartfon əsl dərmanları, zinət əşyalarını və digər obyektləri, onların daxili quruluşuna görə saxta versiyalarından ayıra bilir. Smartfon, molekulyar ötürücünün bazasında hazırlanmış skaner ilə təchiz olunmuşdur. O isə öz növbəsində infraqırmızı spektroskopiya əsasında çalışır. Hər-hansı bir əşyaya işıq şüasını yönləndirən zaman ötürücü əşyanın materialının spektrini əldə edir. Beləliklə materialın tərkibini molekulyar səviyyədə öyrənmək mümkündür. Smartfonun işlənmə sahəsi genişdir. Faktiki olaraq o, materialların dadlarını hiss edərək onların arasında saxta olanları ayıra bilir. Smartfondan istifadə edərək mağazalardakı ərzaqların tərkibini öyrənmək olar.

Əgər ərzaqlar xüsusi qablaşdırılmada olsalar belə bu mümkündür. İstehsalçılar, smartfon vasitəsilə meyvələri skan edib onların arasında ən yaxşılarını (tərkibində nitrat olmayan) seçməyi məsləhət görürlər. Bundan əlavə olaraq cihaz, orqanizmdə olan yağın miqdarını da ölçə bilir. Bu funksiya isə idmançılar və çəki atmaq istəyənlər üçün aktualdır. Smartfon üçün artıq bir neçə tətbiq də hazırlanıb. Dərmanların, ərzaqların və dəyərli metalların identifikasiyası üçün tətbiqləri misal gətirmək olar. Changhong H2 bu ilin əvvəlində Çində satışa çıxacaq. Daha sonra smartfon digər ölkələrdə də satışa çıxacaq. Onun güman olunan qiyməti 400$ olacaq. (technote.az)

Xəbər lenti

Çox oxunanlar