Xəzər Xəbər

VİDEO: 3 manatlıq cərimə 138 manat olub - Bank vətəndaşı çətin duruma salıb

Veb TV | 20:11 • 9 Yanvar 2017
VİDEO: 3 manatlıq cərimə 138 manat olub - Bank vətəndaşı çətin duruma salıb

Şəki sakini qəribə bir vəziyyətlə üzləşib. Elbrus Kərimov aylıq 209 manatlıq pulu vaxtlı-vaxtında ödəyib. Ötən ilin may ayında 6 gün gecikməsi olduğundan əlavə 9 manat cərimə yazılıb. O, cərimənin yalnız 6 manatını ödəyə bilib. Evinə qayıtmaq üçün saxladığı üç manat başına problem açıb.

Xezerxeber.az məlumat verir ki, sonuncu aylıq məbləği ödəyən zaman ona bankdan məlumat veriblər ki, əlavə pul ödəməlidir.

Maraqlısı isə budur ki, 3 manatlıq qalıq cərimə ilə bank əməkdaşları müştəriyə bildiriblər ki, heç bir problem olmayacaq.

Bu məsələ növbəti dəfə bank və borcalanlar arasındakı münasibətləri gündəmə gətirir.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, burda bankın üzərinə öhdəlik düşür. Amma bir sıra hallarda banklar məsuliyyətsizlik edirlər.

Hüquqşünasın sözlərinə görə, 3 manat cəriməyə görə 138 manat borcun yaranması müəyyən şübhələr doğurur.

Bu vəziyyət vətəndaşların bir daha diqqətli olmalarını gündəmə gətirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti