Xəzər Xəbər

VİDEO: Qəbiristanlıqda sinə daşı oğurlanıb, Bakıda 9 avtomobil qarət edilib

Veb TV | 19:53 • 9 Yanvar 2017
VİDEO: Qəbiristanlıqda sinə daşı oğurlanıb, Bakıda 9 avtomobil qarət edilib

Qəbiristanlıqdan sinə daşı oğurlanıb, qəbirin üstü açıq qalıb.

Xezerxeber.az məlumat verir ki, hadisə paytaxtın Yasmal qəbiristanlığında baş verib. Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə 24 yaşlı Namiq Əliyev məlumat verib. Müəyyən olunub ki, Namiq Əliyevin mərhum qohumu Əliyeva Lalə Babaş qızına məxsus qəbirin qırmızı qranitdən olan sinə daşı oğurlanıb.

Nəticədə qəbirin üstü açıq qalıb. Qeyd edək ki, Lalə Əliyeva 1966-ci ildə 4 yaşında dünyasını dəyişib.

Faktla bağlı  Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci, yəni Qəbir üzərində təhqiredici hərəkət maddəsi ilə cinayət işi başlanılıb, oğruların tutulması istiqamətində əməliyyat keçirilir.

Paytaxtın Xətai rayonunda isə bir məhlədə 9 avtomobil qarət edilib. Hadisə rayonun Cavanşir küçəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər sözügedən ərazidə bir gecədə düz 9 avtomobili qarət ediblər. Qarətçilər sakinlərə məxsus avtomobillri eyni üsulla, nəqliyyat vasitəsinin şüşəsini xüsusi avadanlıqla sındıraraq oğurluq ediblər. Elə zərərçəkən Cavid Əhmədovun da avtomobili bu üsulla qarət olunub.

Əraziyə baxış keçirən polis zərərçəkənlərin ifadələri əsaında müəyyən edib ki, cinayətkarlar avtomobillərdən pul, siqaret müxtəlif sənəd və avtomobil akssesuarları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

 

Xəbər lenti