Xəzər Xəbər

VİDEO: Müəllimlərin maaşı artırıldı - RƏSMİ

Veb TV | 20:05 • 9 Yanvar 2017
VİDEO: Müəllimlərin maaşı artırıldı - RƏSMİ

Bu aydan etibarən müəllimlərin əməkhaqqı artırılacaq.

Xezerxeber.az məlumat verir ki, artım ötən il diaqnostik qiymətləndirmədən keçmiş və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu müəllimlərin sayının təxminən 38 min olduğunu qeyd edir.

Ötənilki 38 min müəllimlə birlikdə diaqnostik qiymətləndirmədən keçərək maaşında artım olmuş müəllimlərin sayı 100 minə çatır. Beləliklə də, əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%ni əhatə edəcək. Müəllimlərin maaşındakı artım isə fərdi qaydada hesablanır və müxtəlif amillərdən asılıdır.

Diaqnostik qiymətləndirmə 2017-ci ildə də davam edəcək və növbəti ilin əvvəlindən həmin müəllimlərin də  əməkhaqqında artım olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar