Xəzər Xəbər

VİDEO: İmişlidə reyd: sərxoş sürücülər polisə çətin anlar yaşadıb

Veb TV | 20:01 • 9 Yanvar 2017
VİDEO: İmişlidə reyd: sərxoş sürücülər polisə çətin anlar yaşadıb

Yol polislərinövbəti dəfə reyd keçiriblər Bu dəfə də sərxoş sürücülər aşkarlanıb. Reyddə sərxoş olmadiğini deyərək özünü müdafiə edənlər, habelə polislə mübahisəyə girişənlər də olub. İmişlidə keçirilən reyd zamanı qaydaları pozan 50-dən çox sürücü dayandırılıb. Onların arasında sərxoş halda avtomobil sürənlərlə yanaşı, sürücülük vəsiqəsi olmayanlar da var.

Xezerxeber.az-ın məlumatına görə, bəzi sürücülər o qədər sərxoş vəziyyətdə olub ki, danışmağa da çətinlik çəkiblər.

İmişli rayonunun əsas küçə  və prospektlərində postlar  təşkil edən polislər qayda pozan sürücüləri dayandırmağa çalışıb.

Reyd zamanı müxətlif qaydaları pozan sürücülər aşkar edilib. Sərxoş vəziyyətdə nəqliyyat vasitəisini idarə edənlərin avtomobilləri  cərimə meydançasına qoyulub.

Reydlər  zamanı umumilikdə 50-dən çox sürücü saxlanılıb.

Yoxlamalar zamanı sərxoş sürücülər polisə çətin anlar yaşadıb.

Bundan başqa avtomobilə əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ olmadan avtomobili idarə edənlər də nəzərdən yayınmayıb.

Ən çox  rast gəlinən hal isə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar