Xəzər Xəbər

VİDEO: Mərkəzi Elmi Kitabxana 5 manata təklif etdiyi xidməti 100 manata qaldırdı

Veb TV | 20:06 • 9 Yanvar 2017
VİDEO: Mərkəzi Elmi Kitabxana 5 manata təklif etdiyi xidməti 100 manata qaldırdı

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası xidmətlərin qiymətini qaldırıb.

Xezerxeber.az məlumat verir ki, kitabxanaya üzv olmayan vətəndaşlar üçün nəzərdə tutulan və indiyədək 5 manat olan illik oxucu kartının qiyməti bu ildən 20 qat qaldırılaraq 100 manat edilib. Kitabxanadan aylıq istifadə etmək istəyənlər 10 manat ödəməlidir.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü isə deyir ki, qeydiyyat qiymətinin qaldırılması mühafizə sistemini gücləndirmək və gecə növbəsini bərpa etmək üçün edilib.

Qurumun sözçüsü onu da bildirib ki, maddi durumla bağlı vəziyyət düzələn kimi həm ikinövbəli sistem, həm də oxucu kartının qiyməti əvvəlki vəziyyətinə qaytarılacaq. Odur ki, hələlik Azərbaycanın ən böyük kitabxanasından illik istifadə etmək istəyənlər 100 manatlarından keçməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar