Xəzər Xəbər

VİDEO: Avtomobilin cəriməsi sahibinə yox, başqasına gəlib - "Mənim belə maşınım yoxdur"

Veb TV | 20:14 • 9 Yanvar 2017
VİDEO: Avtomobilin cəriməsi sahibinə yox, başqasına gəlib - "Mənim belə maşınım yoxdur"

Ağcabədi sakininin ünvanına qayda pozduğu barədə protokol göndərilib. Lakin protokldakı qeydiyyat nişanı vətəndaşın 3 il əvvəl satdığı yük maşınına aiddir. Protokolda göstərilən cərimədə isə minik avtomobili qeyd olunub.

Xezerxeber.az məlumat verir ki, Ağcabədinin Hindarx qəsəbə sakini Zülfü Həsənova Şəki ərazisində qayda pozması barədə protokol göndərilib. Onun sözlərinə görə, heç vaxt bu cür avtomobili olmayıb.

Zülfü Həsənov bildirir ki, avtomobilin üzərindəki dövlət qeydiyyat nişanı onun 3 il əvvəl satdığı yük maşınındakının eynisidir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu texniki səhvdir. Avtombil başqa şəxsin adına keçirildikdə dövlət qeydiyyatı nişanı alınır və yenisi verilir. Alınan qeydiyyat nişanı isə başqa bir avtomobilə verilə bilər.

Ərşad Hüseynovun sözlərinə görə, Zülfü Həsənov Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək protokolu ləğv elətdirə bilər.

Bu zaman məsələ araşdırılacaq və protokol qayda pozan şəxsin adına rəsmiləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar