Xəzər Xəbər

VİDEO: Azərbaycanın antikorrupsiya təcrübəsi innovativ xarakteri ilə seçilir

Veb TV | 19:49 • 9 Yanvar 2017
VİDEO: Azərbaycanın antikorrupsiya təcrübəsi innovativ xarakteri ilə seçilir

2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə komissiya tərəfindən "Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları"nın yekun qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planı dövlət orqanları tərəfindən 86 faiz, açıq hökumətin təşviqi üzrə milli fəaliyyət planı isə 82 faiz icra olunub.

Xezerxeber.az məlumat verir ki, Milli fəaliyyət planlarının icra vəziyyəti bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatları tərəfindən davamlı olaraq qiymətləndirilərək və korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planının yekun icra vəziyyəti 83 faiz müəyyən edilib.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, "Beynəlxalq Şəffaflıq" təşkilatı tərəfindən hazırlanan sonuncu "Korrupsiya qavrama indeksi"ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. Təşkilatın "2016-cı il qlobal korrupsiya barometri" dəölkəmizdə korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Hesabatın nəticələri göstərir ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həmçinin müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsi təmin edilib. Müəllimlərin əmək haqları artırılıb və sosial təminatları gücləndirilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə prezidentİlham Əliyevin 27 aprel  2016-cı il  tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı” qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti

Çox oxunanlar